Bakının polis bölməsində dava
Bakıda polis sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsi saxlayıb.
Hadisə Xətai rayonu, Gəncə prospekti, 111-in qarşısında qeydə alınıb. Polis 1989-cu il təvəllüdlü Niyaməddin Nizami oğlu İsrafilovun idarə etdiyi “Mercedes” markalı avtomobili saxlayıb. Polis onu yol hərəkət qaydasını pozduğuna üçün dayandırıb.
Yoxlama zamanı Y.İsrafilov və sərnişinləri - 1991-ci il təvəllüdlü Müşfiq Mübariz oğlu Cavadov və Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Eldar Eyvaz oğlu Quliyevin sərxoş olduğu məlum olub.
Saxlanılan şəxslər tabeçilik göstərmədikləri üçün Xətai Rayon Polis İdarəsi 35-ci polis bölməsinə aparılıblar. Polis bölməsinə aparılan şəxslər orada dava-dalaş salıblar. Faktla bağlı araşdırma aparılır .
Mənbə:> ANSPRESS