Bərdədə yol polisini diri-diri yandırdılar - YENİLƏNİB
16:05
Cəfərov tutulub.
Bərdədə sərxoş sürücü yol polisini yandırıb.
AZXEBER.COM xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon mərkəzində qeydə alınıb.
Bərdə Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Aqil Quliyev xidmət zamanı rayon sakini Elçin Ələsgər oğlu Cəfərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobili saxlayıb. İlkin araşdırma zamanı E. Cəfərovun sərxoş olduğu məlum olub və sürücü hadisə yerindən qaçıb.
Bir müddət sonra sürücü evə gedərək benzin gətirib və yol polisinin üzərinə tökərək onu yandırıb. Hadisəni törədən E. Cəfərov tutulub.
A. Quliyev ikinci dərəcəli yanıq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
15:55
Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Aktual.az-a Bərdədən məlumat verilib.
Rayondakı mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə rayon yol polisi idarəsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub.
Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsindən faktı Aktual.az-a təsdiqləyərək bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğundadır, araşdırılır.
Mənbə:> AZXEBER.COM