Sürücü polisin boğazını niyə kəsdi? - TƏFƏRRÜAT
İşi araşdıran Zaqatala rayon Prokurorluğunun müstəntiqi Ənvər Nəbiyevin verdiyi məlumata görə, sürücü ilə yol polisinin arasında yaranan narazılıq səbəb olub.
Belə ki, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
“Yol polisi sürücü barədə inzibati protokol tərtib etmək istəyib. Sürücü ona mane olub. Sonradan dava düşüb. Dava zamanı Vüsal Əhmədov şüşə stəkan ilə yol polisi, polis serjantı Anar Xəlilovun başına zərbə vurub. Nəticədə stakan sınıb və şüşə polsin boğazını kəsib”, - deyə Ənvər Nəbiyev bildirib.
Hadisə zamanı həmin maşında sürücünün qohumu Oqtay Kamal oğlu Qarayevin üzərinə baxış zamanı narkotik maddə tapılıb. Hər iki şəxs tutulub. Onlar Zaqatala rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasındadırlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> Anspress