Bakıda polisləri bıçaqlayanları saxladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda polisləri bıçaqlayanları saxladılar

Bakıda polisləri bıçaqlayanları saxladılar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşını bıçaqlamaqda təqsirli bilinən şəxslər artıq həbs edilib.

AZXEBER.COM-un məlumatına görə, Binəqədi rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində hadisəni törədən şəxslərin kimliyi və onların yeri müəyyən edilib.

Məlumata görə, rayonun Cəfər Xəndan küçəsində yol polisi əməkdaşları Nicat Bayramov və Yasin Umudova bıçaq xəsarətləri yetirən şəxslər Bakı şəhər sakinləri – 27 yaşlı İlkin Ağayev və 33 yaşlı Urman Aslanov olub.

Saxlanılan hər iki şəxs rayon polis idarəsinə gətirilərək istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı xidməti vəzifəsini yerinə yetirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin iki inspektoru dövlət nömrə nişanı məlum olmayan “Nissan” markalı avtomobilin sürücüsü və onun sərnişini tərəfindən bıçaqlanmışdı.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *