Bakıda yol polisini sürüyən “avtoş” tutuldu
Noyabrın 17-dən 18-nə keçən gecə 01.15 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə vesti.az-a Nərimanov rayon Polis İdarəsində bildiriblər.
Məlumdur ki, insident Xətai prospekti ev 40-ın yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyevə məxsus “Toyota Prado”-nun müəyyən edilməyən sürücüsü yol hərəkəti qaydalarını pozub, buna görə 1979-cu il təvəllüdlü Dövlət yol polis əməkdaşı Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb.
Polis açıq pəncərədən sənədləri yoxlamaq üçün əlini içəri salarkən sürücü pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinin əlini sıxıb.
Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.
Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN hospitalına çatdırılıb.
Hal-hazırda polis kobud sürücünü axtarır.
Mənbə:> AZXEBER.COM