Bakıda polis əməkdaşı qəza törətdi
Azərbaycan paytaxtında polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakının Mərdəkan-Buzovna şosesində qeydə alınıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi “Hyundai İX 35” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Maqsud Zeynalov xəstəxanaya aparılıblar. Yaralılardan M. Zeynalov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> APA