Bakıda sərxoş qadın polislərə hücum çəkdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto, Foto

Bakıda sərxoş qadın polislərə hücum çəkdi – FOTO

Bakıda sərxoş qadın polislərə hücum çəkdi


Bakıda sərxoş vəziyyətdə olan qadın sürücü yol polislərinə tabe olmayıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, yol polisləri tərəfindən qayda pozduğu üçün saxlanılan “KİA” markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib.

Sürücü, həm də onları söyüş söyməklə təhqir edib.

M.K. hadisə yerinə çağırılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək.

Bakıda sərxoş qadın polislərə hücum çəkdi
Bakıda sərxoş qadın polislərə hücum çəkdi

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *