Bakıda 30 yaşlı kişi bıçaqlandı
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 1 ünvanında qeydə alınıb. Hadisə zamanı 30 yaşlı Kərimov Sakit Valeh oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanya çatdırılıb. Sakit Kərimov dərhal əməliyya olunub. Müayinə zamanı yaralııda 3 bıçaq xəsarətinin olduğu aşkar edilib.
Hadisə barədə xəbər tutan Binəqədi rayon polis idarəsi 4-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Zərərçəkənini vəziyyəti ağır olduğundan polislər hələlik Sakit Kərimovun ifadəsini ala bilməyiblər. Hadisə yerindən qaçan naməlum şəxsin tutularaq istintaqa verilməsi istiqamətində əməliyyat-axtarış tədirləri isə davam edir. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanıb, istintaq aparılır.
Mənbə:> ANSPRESS