"Sərhəd sipər" əməliyyatı başladı
Bu gündən başlayaraq Azərbaycanın şimal rayonlarında ənənəvi “Sərhəd-sipər” şərti adı altında genişmiqyaslı əməliyyatlara başlanıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları ilə brilikdə həyata keçirilən əməliyyatlar mayın 23-nə qədər davam edəcək.
Əməliyyyatlar Balakən, Qax, Şəki, Quba, Qusar, Xaçmaz rayonlarında aparılır. Bu rayonlarda xüsusi polis postları qurulub. Rayona girən, çıxan bütün nəqliyyat vaasitələri yoxlanlır. Təkcə Qusarda 5 polis postu qurulub
Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.
Mənbə:> ANSPRESS