Dağıstanda vəkil arvadının sevgilisini zorladı
Rusiyanın İstintaq komitəsinin Dağıstan Respublikası üzrə idarəsi quldurluq, zorakı hərəkətlər etmə, dələduzluq və qeyri-qanuni silah dövriyyəsində şübhəli bilinən vəkil və onun tanışına qarşı cinayət işi qaldırıb.
AzNews.info-nun Oxu.Az-a istinadən verdiyi məlumata görə, oktyabrın 11-də Mahaçqalada vəkil öz tanışı ilə birlikdə vətəndaş nikahında yaşadığı arvadının öz müdirinin sevgilisi olmasından şübhələnərək, onlara qarşı zor tətbiq ediblər, zərərçəkmiş kişiyə qarşı isə seksual xarakterli digər zorakı hərəkətlər törədiblər.
Şübhəli şəxslər öz hərəkətlərini mobil telefonun kamerasına çəkiblər. Bundan sonra vəkil zərərçəkmişdən 200 min rul istəyib və ondan videonun yayılmaması üçün daha 2 mln. rubl gətirməsini tələb edib.
Daha sonra vəkil zərərçəkmişdən Toyota Highlander markalı avtomobilini öz anasının adına rəsmiləşdirməyi tələb etsə də, sahibəsi yerində olmadığı üçün bu tələb yerinə yetirilməyib.
29 oktyabr 2014-cü ildə zərərçəkmişdən tələb olunan pulun bir hissəsini – 100 min rublu aldıqdan sonra vəkil saxlanılıb. Polislər onun maşınından RQD-5 tipli əl qumbarası tapıb.
Şübhəli şəxslər həbs olunublar.
Mənbə:> Oxu.Az