Yasamalda iki yük avtomobili toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

Yasamalda iki yük avtomobili toqquşdu – VİDEO

Yasamalda iki yük avtomobili toqquşdu


Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub. ANS PRESS-in məlumatına əsasən qəza nəticəsində nəqliyyat vasitələrindən biri deformasiyaya uğradığından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri məsələyə cəlb olunub.


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Ford" və “Kamaz” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. FHN müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib. "Ford" markalı avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:16-da başa çatıb.
Sürücünün sağlamlığının nə vəziyyətdə olduğu hələlik məlum deyil. Məlum olub ki, qəzaya “Ford” markalı avtomobilin sürücüsü səbəb olub.

Sonuncu dəfə oxşar hadisə bu ilin 16 aprelində baş verib. Bakı-Quba yolunun 49-cu km-nin Sumqayıt ərazisindən keçən hissəsində üç avtomobil toqquşub.
oqquşan avtomobillər “Hunday” markalı avtobus,“KAMAZ” yük maşını və “Niva” dır. Hadisə yerində olan Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev açıqlamasında hazırda araşdırma aparıldığını qeyd edib. Qəza nəticəsində hər üç avtomobil ciddi zərər çəkib.



İlkin məlumata görə, fəhlələri aparan “Hunday” markalı avtobus qəza nəticəsində aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxs yerli xəstəxanaya yerləşdirilib. “Qəza nəticəsində ölüm-itim yoxdur. Faktla bağlı araşdırma aparılır.Aparılan araşdırmalardan sonra kimin günahkar olduğu aydın olacaq”, - deyə müstəntiq Arzu Əliyev bildirib

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *