FHN dəhşətli qəza ilə bağlı açıqlama yaydı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

FHN dəhşətli qəza ilə bağlı açıqlama yaydı

FHN dəhşətli qəza ilə bağlı açıqlama yaydı


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza barədə açıqlama yayıb. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, Quba rayonu ərazisində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində avtomobilin sürücüsü və sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:11-da başa çatıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *