FHN dəhşətli qəza barədə açıqlama verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

FHN dəhşətli qəza barədə açıqlama verdi

FHN dəhşətli qəza barədə açıqlama verdi


Fövqəladə Hallar Nazirliyi bu gecə Bakıda baş vermiş dəhşətli qəza barədə rəsmi açıqlama verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:25-də başa çatıb

Xatırladaq ki, bu gecə Zabrat-Maştağa yolunda 105 saylı marşrut xəttində işləyən avtobusla "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə minik avtomibilində olan 3 nəfər - 1 sürücü, 2 sərnişin ölüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *