Bakı-Quba yolunda qəza: 5 ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto

Bakı-Quba yolunda qəza: 5 ölü

Bakı-Quba yolunda qəza: 5 ölü


Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45-ci kilometrliyində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində deformasiyaya uğramış “Opel” markalı minik avtomobilinin 5 sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri 5 nəfərin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:05-də başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *