Tovuzda "KAMAZ” “Mercedes”lə toqquşdu: ölənlər var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Tovuzda "KAMAZ” “Mercedes”lə toqquşdu: ölənlər var

Tovuzda "KAMAZ” “Mercedes”lə toqquşdu: ölənlər var


Tovuz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Həmin məlumata əsasən, Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 02:39-da başa çatıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *