Qubada “VAZ” ağaca çırpıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Qubada “VAZ” ağaca çırpıldı

Qubada “VAZ” ağaca çırpıldı


Quba rayonu, Barlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sərnişini 1961-ci il təvəllüdlü Sevil İsif qızı Qasımova vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:59-da başa çatıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *