Rusiyalı jurnalistlər İsveçrəyə top keçirmək istəyiblər
Silah hissələrə ayrılmışdı.
“Zvezda” telekanalının jurnalistləri İsveçrəyə girərkən gömrükdə saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə kanalın saytında məlumat yayılıb.
Baqaj bölməsində yoxlama zamanı top aşkar edilib.
Gömrük əməkdaşları və sərhədçilər silahın hissələrə ayrılaraq bükülməsini müəyyən ediblər. Təkərlər, lafeti və lüləsi xüsusi qutularda ayrılıqda yerləşdirilmişdi.
Martın 1-də “Zvezda”nın çəkiliş qrupu Bolqarıstan, Yunanıstan, Almaniya, ABŞ, Çin və Kanada jurnalistləri ilə bərabər Suriyanın Latakiya əyalətində artilleriya atəşinə düşüblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, atışma Türkiyə ilə sərhəd istiqamətində olub. Suriya ordusunun zabiti atışmanı “Cəbhə ən-Nüsrə” qruplaşmasının apardığnı bildirib.
“Zvezda” – Rusiya Müdafiə Nazirliyinə məxsus dövlət telekanalıdır.
Mənbə:> Oxu.az