Rusiyada 6 azyaşlı uşağı öldürüb hissələrə böldülər
Rusiya İstintaq Komitəsi Nijni Novqorodda mənzildə altı yaşa qədər altı uşağın hissələrə ayrılmış meyitlərinin tapıldığını bildirib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, qətlə yetirilən uşaqlar eyni ailədə böyüyürdülər. 2015-ci ilin iyul ayının 25-də onların məktəbəqədər müəssisəyə gəlmədiklərini görən müəssisə əməkdaşları polisə xəbər veriblər.
11 gün sonra, avqustun 4-də Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin müstəntiqləri və polis əməkdaşları uşaqların yaşadıqları ünvana yollanıblar. Mənzilin qapısını onlara açan olmayıb, ona görə də polislər özləri mənzilə daxil olublar və orada uşaqların parçalara ayrılmış hissələrini aşkar ediblər.
Qonşular atanın bu ərəfədə naməlum istiqamətdə getdiyini gördüklərini deyiblər.
Hal-hazırda Rusiyanın Nijeqorodsk vilayəti üzrə İstintaq Komitəsinin idarəsində araşdırma aparılır və uşaqların atasının yerini müəyyənləşdirmək istiqamətində iş davam edir.
Dəhşətli qətl hadisəsini araşdırmaq üçün Nijeqorodsk vilayətinə Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının kriminalistləri gəlib.
Baş verən fakt üzrə “İki və daha çox şəxsin qətlə yetirilməsi” (RF CM m.105.b2.”a”, “b”) maddəsi üzrə cinayət işi açılıb.
RİA Novosti xəbər verir ki, Nijeqorodskdakı mənzildə altı uşağın meyiti ilə yanaşı, onların analarının da cəsədi aşkar edilib.
Mənbə:> Oxu.Az