Bakıda qətlə yetirilən şəxsin kimliyi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda qətlə yetirilən şəxsin kimliyi məlum oldu

Bakıda qətlə yetirilən şəxsin kimliyi məlum oldu


Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın APA-ya verdiyi məlumata görə, polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində ötən gün Maştağa qəsəbəsində qətlə yetirilən şəxsin Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əliyev Rauf Mikayıl oğlu olduğu məlum olub.

Hazırda qətl hadisəsini törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

* * * 11:26

Paytaxtda kişi meyiti aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Baloğlan Bağırov küçəsi 1-də üzərində bıçaq xəsarəti olan kişi meyiti tapılıb.

Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *