APU-nun qarşısında kişi meyiti tapılıb
Bakı şəhəri Səbail rayonu ərazisində naməlum kişi meyiti tapılıb.
AzNews.info lent.az-a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsi 4 ünvanının qarşısından, Azərbaycan Pedoqoji Universitetinin giriş qapısında 40-45 yaşlı kişiyə məxsus meyit aşkarlanıb. İlkin baxış nəticəsində meyit üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Lent.az