Bakıda polisə od vurdular
Bakıda dəniz kənarında yanmış kişi meyiti tapılıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən verilən məlumata görə, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb.
Araşdırmalar zamanı yanmış meyiti tapılan şəxsin İmişli rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı, 1988-ci il təvəllüdlü Muxtar Kazımzadə olması müəyyən edilib. Hadisənin qətl olub-olmaması üzərində araşdırmalara başlanılıb. Polis əməkdaşının yandırılaraq qətlə yetirilməsi də istisna edilmir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Mənbə:> APA