Türkiyəli jurnalistləri Suriyaya silah daşınması barədə məqaləyə görə həbs etdilər
Türkiyədə “Cümhuriyyət” qəzetinin baş redaktoru və qəzetin müxbiri Cün Dündar və Erdəm Gül həbs ediliblər, Associated Press məlumat yayıb.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, onlar silahlı terror qruplara vasitəçilik etməkdə və dövlətə qarşı casusluqda ittiham edilirlər.
Bu ilin mayında nəşr Ankaranın Suriyaya silah çatdırması haqqında material dərc edib. Qeyd edilib ki, milli kəşfiyyat xidmətinin yük maşınlarının baxışı barədə material 2014 tarixi ilə verilib.
Qəzetin verdiyi məlumata əsasən, şəkillər Türkiyənin qaçaqmalçılıq yolu ilə Suriya qiyamçılarına silahın çatdırılmasına dəlildir.
Hakimiyyət bu məlumatı təkzib edib, əvvəlcədən iddia ediblər ki, yük humanitar yardımdan ibarət idi. Digər versiyaya görə silah Suriya türkmənləri üçün idi.
Reuters-ın məlumatına görə, bu ilin iyununda “Cümhuriyyət” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dərc edilən materiala görə baş redaktoru məhkəməyə verdiyi barədə məlumat yayıb.
Eləcə də türk lideri jurnalistlərə ömürlük həbs və daha 42 il həbs cəzası tələb edib. Bundan başqa, dövlət başçısı Dündarı dövlətə qarşı casusluqda və dövlət sirrinin açılmasında ittiham edib.
“Cümhuriyyət” qəzeti ölkədə müxalifət yönümlü olması ilə məşhurdur.
Mənbə:> Oxu.Az