ABŞ PKK-ya silah yardımı göstərib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ PKK-ya silah yardımı göstərib – FOTO

ABŞ PKK-ya silah yardımı göstərib


Ötən həftə bazar günü ABŞ hərbi kontinigentinin Suriyada İŞİD-lə mübarizə çərçivəsində həyata keçirdiyi silah yardımından kürdlər də istifadə edib. ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat sözçüsü Piter Kuk məlumat verib. Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Kuk bazar günü bölgədə kürd qruplara da silah yardımı edildiyini deyib. Kuk, ABŞ rəhbərliyindəki koalisiyanın Suriyada və İraqda İŞİD-ə qarşı apardığı əməlliyatların sözçüsü polkovnik Stiv Uorrenə istinadən verdiyi məlumatı sonra təkzib edib.

“Polkovnik Uorrenin də bildirdiyi kimi silah-sursat və digər hərbi texnika təyyarələrlə havadan uğurlu şəkildə yerlərinə çatdırılıb. Silahların çatdırıldığı yerlər suriyalı bəzi ərəb qüvvələr və kürd qruplaşmalardır. Hesab edirəm ki, silahlar xüsusi olaraq bəzi suriyalı ərəb qüvvələrə çatdırılıb. Silah-sursatın bir hissəsini digər müxalif qüvvələr də götürmüş ola bilər.”

Jurnalistlərdən birinin, “Bu qruplara PYD də daxildirmi?” sualına Kuk “Bəli” cavabını verib.

ABŞ PKK-ya silah yardımı göstərib
Silah və hərbi texnikanın havadan çatdırılması

Mətbuat konfransının başa çatmasından sonra Piter Kuk jurnalistlərə e-mail yollaraq konfransda dediyi fikirləri təkzib edib:

“Bazar günü Şimali Suriyada havadan göstərilən silah yardımı tələblərə uyğun şəkildə araşdırmalardan sonra bölgədəki ərəb qüvvələrə uğurlu şəkildə çatdırılıb. Hal-hazırda hərbi texnikanın başqa qruplara çatdırılması barədə heç bir məlumat yoxdur.” – deyə Piter Kuk yazdığı e-maildə bildirib.

PYD Suriyada fəaliyyət göstərən, əsasən kürdlərdən təşkil olunmuş Demokratik Birlik Partiyasıdır (Partiya Yektiya Demokrat). Suriyada Bəəs rejiminə və Azad Suriya Ordusuna qarşı döyüşən PYD-nin Türkiyədəki separatçı Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı ilə eyni ideologiyaya sahib olduğu bildirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *