Səudiyyəlilər Suriya müxalifətinə silah tədarükünü artırırlar
Suriyada Rusiya əməliyyatlarına cavab olaraq Səudiyyə Ərəbistanı üç müxalifət qrupuna silah tədarükünü artırırlar.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə BBC News krallıq hakimiyyətində adıçəkilməyən mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, söhbət Suriya prezidenti Bəşər Əsədin qoşunları ilə döyüşən Mübarizə ordusunun, Azad Suriya ordusunun və “Cənub cəbhə”nin aldığı tankəleyhinə silahdan gedir.
Bununla yanaşı Ər-Riyad qiyamçılara “yer-hava” raketlərinin (əksər qərb ölkələri buna qarşıdır) çatdırılmasını da istisna etmir.
Məmur vurğulayıb ki, Səudiyyə Ərəbistanı “İslam dövləti” (İŞİD) və ya “Cəbhə ən-Nüsrə” qruplaşmasının yaraqlılarına silahla yardım etməyə hazırlaşmır.
Ər-Riyadda iddia edirlər ki, Rusiya Suriyada “İslam dövləti”nə deyil, müxalifətə aviazərbələr endirir və bununla da Əsədin qoşunlarına yardım edirlər. Oktyabrın 8-də brifinqdə Rusiya XİN-nin rəsmi nümayəndəsi Amriya Zaxarova bu informasiyanı əfsanə adlandırıb.
“Bütün bunlar adıçəkilməyən mənbələrə, qərb ölkələrinin dövlət orqanlarındakı mənbələrə istinadən bildirilir. Mən bir daha demək istərdim ki, Müdafiə Nazirliyinin xətti ilə hərbi əməliyyatlar zamanı məhv edilən hədəflər barədə tam məlumat verilir”,- o bəyan edib.
Mənbə:> Oxu.Az