Rusiya Suriyada “Azərbaycan tabor”unu məhv etməyib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Rusiya Suriyada “Azərbaycan tabor”unu məhv etməyib

Rusiya Suriyada “Azərbaycan tabor”unu məhv etməyib


Rəsmi Moskva Rusiya aviasiyasının Suriyada “İraq Şam İslam Dövləti”nin (İŞİD) mövqelərinə zərbələr endirməsi ilə bağlı məlumatları təkzib edib.

Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Mənim aviazərbələr barədə xəbərim yoxdur”, - Kremlin rəsmi nümayəndəsi deyib.

Peskov qeyd edib ki, Suriya məsələsində hələlik söhbət yalnız koordinasiya mexanizmlərinin yaradılmasından gedir.

Onun sözlərinə görə, növbəti qərarlar vəziyyətin necə dəyişməsindən asılı olaraq veriləcək.

Xatırladaq ki, bundan əvvəl ərəb mətbuatı Rusiya aviasiyasının Suriyanın Hələb şəhərində İŞİD və “Əhrar əş-Şam” döyüşçülərinin mövqələrinə zərbələr endirməsi barədə məlumat vermişdi.

Hücum zamanı komandiri ilə birlikdə “Azərbaycan tabor”u məhv edildiyi bildirilmişdir..

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *