Suriyada 300 terrorçu məhv edildi
Suriya ordusu terrorçulara ağır zərbələr endirib.
ANS PRESS-in məlumatına görə, bu barədə Suriyanın SANA informasiya agentliyi xəbər yayıb
Məlumatda bildirilir ki, Suriyanın İdlib əyalətinin Cisr eş-Şuğur şəhərində “Cabhat ən-Nusra” terrorçu qruplaşmasının 300-dən artıq üzvü məhv edilib, yüzlərlə ekstremist yaralanıb. .
Hadisə hökumət qoşunlarının şəhər xəstəxanasını “Cabhat ən-Nusra” qruplaşmasının mühasirəsindən xilas etməsi məqsədilə kütləvi hücumu nəticəsində baş verib.
Qeyd edək ki, 2011-ci ildən bəri Suriyada hökümət qüvvələri ilə terrorçular arasında müharibə gedir.
Mənbə:> ANSPRESS