Rusiya səfirliyi atəşə tutuldu
Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyinin binası minaatan mərmilərlə atəşə tutulub.
ANS PRESS-in məlumatına görə, hadisə paytaxtda gedən şiddətli döyüşlər zamanı baş verib.
Rusiya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verib. Nazirliyin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Dəməşqdə İŞİD terrorçu qruplaşması ilə ordu qüvvələri arasında döyüşlər gedir.
"Hər gün xeyli sayda insanlar ölür, evlər, binalar dağıdılır. Səfirlik binası da minataatn mərmilərlə atəşə tutulub. Xoşbəxtıikdən ölən və xəsarət alan olmayıb", - deyə XİN rəsmisi bildirib.
Xatırladaq ki, Suriyada İŞİD və Əl-Nusra terrorçu qruplaşmalar və ordu qüvvələri arasında döyüşlər gedir.
Mənbə:> ANSPRESS