Erməni hərbçi öldürüldü
Suriyada ermənilərin sıx məskunlaşdığı şəhərlər yenə raket atəşinə tutulub.
ANSS PRESS-in məlumatına görə, Suriyanın Der-e-Zore şəhərində gedən döyüşlər zamanı erməni hərbçi öldürülüb. Öldürülən Akop Sapa Suriya ordusunda xidmət edib.
Onun necə öldürüldüyü barədə xəbər verilmir.
Qeyd edək ki, Suriyanın Hələb şəhərində ermənilərin sıx məskunlaşdıgı məhəllələr raket atəşinə tutulur. Məhələlləri Suriya ordusu atəşə tutur. Akop Sapa da Suriya ordusunda xidmət edirdi.
Son raket zərbələrində Hələbin Tilel küçəsində erməni katolik icması və kilsəsi, ermənilərin evləri yerlə bir edilmişdi.
Qeyd edə ki, Suriyada ermənilər əsasən Hələbdə və Dəməşqdə yaşayırlar. Müharibənin başlanana qədər ölkə təxminən 80 min erməni yaşayırdı. Hazırda təxminən 20 min erməni Suriyanı tərk edib.
Qeyd edək ki, 4 il ərzində Suriyada təxminən 200 erməni ölüb.
Mənbə:> ANSPRESS