Erməni kilsəsi partladıldı
Suriyanın Hələb şəhərində Srbui Rita erməni katolik kilsəsi raket atəşinə tutulub.
ANS PRESS-in məlumatına görə, Hələbdə dərc olunan erməni qəzeti hadisənin yerli vaxtla 15:30-da baş verdiyini bildirib. Silahlı qruplaşmaların atışması nəticəsində raket düşən kilsənin bir hissəsi dağılıb.
Yeni il qabağı Hələbdə ağır günlər yaşanıb. Günlərlə şəhərdə elektrik kəsilib, evlərə su verilməyib.
Suriya Qırmızı Aypara təşkilatının səyləri nəticəsində bir sıra rayonlara suyun verilməsi dayandırılıb. Hava soyuqlaşsa da şəhərdə yanacaq yoxdur.
Dekabrın 30-da şəhərin tarixi hissəsində baş vermiş partlayış böyük təlatüm yaradıb.
Mənbə:> ANSPRESS