İŞİD-ə ağır zərbə: 73 ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

İŞİD-ə ağır zərbə: 73 ölü

İŞİD-ə ağır zərbə: 73 ölü


İraq ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyatda terror qruplaşmasının 73 üzvü öldürülüb.

ANS PRESS-in məlumata görə, İraq Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Səlahəddin və Diyalə vilayətlərində keçirilən hərbi əməliyyatlara havadan aviasiya da dəstək verib.

İŞİD-in Mekhul dağı bölgəsindəki hərbi düşərgəsinin aviasiya tərəfindən bombalandığı, nəticədə 40 terrorçunun məhv edildiyi bildirilir. Bombardman zamanı qruplaşmanın xeyli sayda texnikası da sıradan çıxarılıb.

İraq ordusnun bu gün keçirdiyi hücumlarda öldürülən terrorçular arasında üç nəfər xarici ölkə vətəndaşı olub.

Bu arada hərbi kəşfiyyat İŞİD tərəfdən Baxibə şəhərinin 7 km cənubunda olan Buhruz qəsəbəsində təxribat etmək cəhdinin qarşısını alıb. İŞİD yaraqlıları ilə ordu qüvvələri ilə arasındakı döyüşdə 4 terrorçu məhv edilib, onların hərbi sursatı ələ keçirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *