Peşmərgədən İŞİD-ə ağır zərbə
İŞİD terror qruplaşması İraqda ələ keçirdiyi Zumar şəhərindən geri çəkilmək məcburiyyətində qalıb.
ANS PRESS-in məlumatına görə, kürd peşmərgələri ilə İŞİD yaraqlıları arasında gedən döyüşlərdən sonra Zumar şəhəri və bir neçə ətraf yaşayış məntəqələri geri alınıb.
İŞİD-in mövqelərinə əvvəlcədən endirilən beynəlxalq koalisiyanın hava zərbələri Peşmərgə (Kürd silahlı qoşunu) qüvvələrinin hücumuna köməklik göstərib. Döyüşlərdə xeyli sayda İŞİD üzvününü öldürüldüyü deyilir
Bu arada İraq ordusunun xüsusi təyinatlılarının İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyat zamanı qruplaşmanın Şimali Qafqazdan olan onlar üzvü məhv edilib.
Mənbə:> ANSPRESS