Baykerlər İŞİD-lə döyüşmək üçün İraqa getdi
Almaniyanın "Median Empire" motoklubun üzvləri İŞİD terror qruplaşmasına qarşı döyüşmək üçün İraqa gediblər.
ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı klubun mətbuat xidməti verib.
Baykerlər İŞİD-lə döyüşən Peşmərgə kürd qüvvələri tərəfində mübarizə aparacaqlar. Baykerlərin Peşmərgə ilə çəkilmiş fotoları da yayılıb.
"Başqaları boşboğazlıq edərkən, bizim klubun üzvləri ön cəbhədə İŞİD-lə döyüşür", deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu yaxınlarda hollandiyalı baykerlər də İŞİD-lə döyüşmək üçün İraqa getmişdilər.
Mənbə:> ANSPRESS