ABŞ yenidən İraqa qoşun yeridir
ABŞ İŞİD qruplaşmasını məhv etmək üçün İraqa quru qoşunlar göndərə bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin generalı Martin Dempsi açıqlama verib.
Onun sözlərinə görə, terrorçulara qarşı mübarizədə ABŞ-ın hərbi müşavirlərinin İraq döyüşçülərini müşayiət etməsinə ehtiyac yaransa, bunu prezident Barak Obamaya tövsiyə edəcək:
“Əgər İŞİD-in hədəflərinə qarşı hücumlar zamanı bizim müşavirlərin İraq əsgərlərini müşayiət etməsinə ehtiyac olacaq bir məqam yetişsə, mən bunu prezidentə tövsiyə edəcəyəm”, deyə general bildirib.
Qeyd edək ki, Barak Obama İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayan zaman Birləşmiş Ştatların əməliyyatları genişləndirəcəyini, lakin ABŞ-ın quruda əməliyyatlar keçirməyəcəyini bildirmişdi.
Mənbə:> ANSPRESS