Rusiya qırıcıları 10 İŞİD hədəfini vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Rusiya qırıcıları 10 İŞİD hədəfini vurdu

Rusiya qırıcıları 10 İŞİD hədəfini vurdu


Rusiya qırıcıları Suriyada İŞİD qruplaşmasına məxsus növbəti bir neçə hədəfi məhv edib. ANS PRESS-in xəbərinə görə, bu barədə Rusiyanın müdafiə nazirliyi məlumat yayıb. Əməliyyatlar, əsasən, İdlib vilayətində keçirilib.

“Son 24 saat ərzində "Su-34", "Su-24M" və "Su-25" qırıcıları ilə əməliyyatlar keçirilib. İŞİD-ə məxsus 10 obyekt dağıdılıb. İdlib vilayətində terrorçuların təlim düşərgəsini məhv etmişik. Əməliyyatçıların məhv etdiyi obyektlər kustar üsulla partlayıcı hazırlamaq üçün istifadə olunan məkan idi. "Su-24m" qırıcıları isə, Cisr əş-Şuqur şəhəri ətrafında İŞİD-ə məxsus 8 obyekti dağıdıbılar.” - deyə Rusiya müdafiə nazirliyinin mətbuat katibi İqor Konaşenkov qeyd edib.

Rusiyaın Suriyada keçirdiyi əməliyyatlara qarşı Hələb vilayətində etirazlar baş qaldırıb. Fəallar Moskvanı aviazərbələrə son qoymağa çağırıblar. Etirazçılar, əks halda, Suriyanı Rusiya üçün məzara çevirəcəklərini bildiriblər.

Suriya prezidenti Bəşər Əsəd Rusiya, İran və İraqın Suriyada terrorçu qüvvələrə qarşı birləşməsindən sonra döyüşlərdə qalib gələcəklərini bildirib. Lakin, onun sözlərinə görə, Suriya terrorizmə məğlub olacağı təqdirdə region tamamilə dağılacaq.

“Heç bir xarici qüvvənin Suriyanın gələcəyini müəyyən etməyə hüququ yoxdur. Bu Suriya xalqının öz işidir. Bir şey qətidir ki, qərb qüvvələri məğlub olduqlarını hiss edirlər. Onların məqsədi Suriyanı dağıtmaq və çoxlu qan tökmək idi.” - deyə Bəşər Əsəd bildirib.

“Terrorizmi dəstəkləyən ölkələr ona qarşı döyüşə bilməzlər. Ona görə onların yaratdığı koalisiya qüvvələrinin Suriyada terrozimə qarşı heç bir mübarizəsini görmədik, əksinə, onların Suriyaya müdaxiləsi mənfi təsir doğurdu. 60 ölkəyə məxsus qırıcıların aviazərbələri Suriya qırıcılarının aviazərbələri qarşısında çox cılız qalırdı.”

Əsəd terrorçu qruplar silahlarını tərk edərsə, hökumətin onlarla danışıqlara gedə biləcəyini deyib. Əsəd, həmçinin, qeyd edib ki, əgər onun vəzifədən getməsi ölkədə münaqişənin həlli ilə nəticələnəcəksə, o, bu addımı atmağa hazırdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *