Rusiya Suriyaya silah dolu gəmi göndərdi
Göyərtəsində Suriya ordusu üçün nəzərdə tutulmuş xeyli sayda silah-sursat olan nəhəng “Sezar Kunikov” desant gəmisi Qara dəniz boğazından keçərək Aralıq dənizinə çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya gəmisinin Bosfor boğazından necə keçdiyini əks etdirən fotoları yaymış Türkiyə KİV-ləri məlumat yayıb.
“Sezar Kunikov” desant gəmisi İŞİD yaraqlıları ilə və digər islamçı qruplaşmalarla müharibə aparan Suriya hökuməti qüvvələrinə silah-sursat çatdırılması əməliyyatında iştirak edir. Bu əməliyyatın şərti adı “Suriya ekspressi”dir.
Siyasi müşahidəçilərin rəyinə görə, “Sezar Kunikov” desant gəmisi artıq Suriyanın Tartus limanına doğru istiqamətlənib. Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat bazası məhz bu limanda yerləşir.
Mənbə:> Virtualaz.org