Putindən Qərbi hiddətləndirəcək addım – FOTO
Qərblə həm Rusiyanın həm də Suriyanın münsibətlərinin pis olduğu bir vaxtda Putin illər əvvəl imzalanan müqavilənin icrasına başlayıb. Rusiya Suriyada vətəndaş müharibəsi başlamamışdan əvvəl əldə olunmuş razılaşmaya əsasən bu ölkəyə 6 ədəd MiG-31 döyüş təyyarəsi göndərib.
ANS PRESS-in məlumatına görə, döyüş təyyarələri Dəməşqdə yerləşən Məzzə hərbi hava bazasına enib. Alış-satış Rusiya və Suriya arasında 2007-ci ildə imzalanmış müqaviləyə əsasən aparılıb.
Uzaq məsafədən hədəfalma qabiliyyəti olan MiG-31 döyüş təyyarələri malik olduqları radarlarla 200 km məsafəni tam nəzarətdə saxlaya bilir. MiG-31 dünyanın ən sürətli döyüş təyyarələri sırasına daxildir.
MiG-31 döyüş təyyarəsi
2008-ci ildə Suriya Rusiyadan MiQ 29-m qırıcı təyyarəsi, Pantsir S1-E hava müdafiə sistemləri, "İskəndər" ballistik raket sistemləri, Yak-130 təyyarəsi və iki Amur-1650 sualtı qayığını satın alıb. 2000-2010-cu illərdə Rusiya Suriyaya 1,5 milyard dollar həcmində silah satıb. Nəticədə Dəməşq Moskvanın yeddinci ən böyük “müştəri”sinə çevrilmişdi.
Rusiya Suriya prezidentləri arasında görüş
Ərəb Baharından sonra Suriyada başlayan vətəndaş müharibəsindən sonra düyanın bir çox dövlətləri Bəşər Əsədən üz döndərsədə Rusiya həmişə Suriya ilə münasibətlərinin yüksək səviyyədə saxlayıb. Qərb və Ərəb ölkələri tərəfindən önə çəkilən hökuməti “cəzalandırma” aksiyasına qarşı çıxır. BMT Təhlükəsizlik Şurasının veto vermək hüququna sahib 5 ölkəsindən biri kimi Rusiya BMT Təhlükəsizlik Şurası qarşısında söz verdi ki, Suriya hökumətinə qarşı olacaq hər hansı bir sanksiya zamanı veto hüququndan istifadə edəcək. Rusiya, həmçinin, Suriyanın müqavilələr vasitəsilə xeyli miqdarda hərbi silah və vasitələr almasını dəstəkləməkdə davam edir. Rusiyanın Qara dəniz donanması üçün yeganə Aralıq dənizi hərbi bazası Suriyanın Tartus limanında yerləşir.
Tartus limanında Rusiya hərbi bazası
Rusiya indi İŞİD-lə mübarizə üçün Suriya İraq hökümətləri və bölgədə yerləşən digər ölkələrə birlikdə koalisiya qururmaq isdəyir.
Mənbə:> ANSPRESS