Putin NATO-nu hədələdi
Rusiya prezidenti Vladimir Putinin əmri ilə ölkənin qərb regionu Kalininqrad ərazisində hərbi təlimlər keçirilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilib ki, NATO-nun üzvü olan Litva və Polşa ilə həmsərhəd olan Kalininqrad sahəsində qoşunların döyüş hazırlığının yoxlanılması məqsədi ilə keçirilən təlimlərdə 9 min hərbi qulluqçu və Hərbi Dəniz Donanmasının 55-dən çox gəmisi iştirak edib.
Təlimlərə müxtəlif növ hərbi birləşmələr, raket və artilleriya bölmələri, motoatıcı diviziya, desant və dəniz piyada qoşunları, kəşfiyyat bölmələri, həmçinin döyüş ekipajları və hərbi-nəqliyyat təyyarələri, vertolyotlar, Baltik donanmasının gəmiləri cəlb olunub.
Rusiyanın gözlənilmədən təlim keçirməsi Ukraynadakı böhranlı vəziyyətlə əlaqədar Qərblə münasibətlərin gərginləşməsi və pisləşməsi, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlıdır.
Mənbə:> ANSPRESS