NATO-dan Rusiyaya zərbə
NATO Baltik dənizi üzərində Rusiya qırıcısını ələ keçirib.
ANS PRESS-in məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı yenidən Latviyanın hava boşluğuna daxil olub və NATO hərbi aviasiyası tərəfindən yaxalanıb.
Son aylar Rusiya hərbi təyyarələrinin NATO-ya üzv ölkələrin hava boşluğuna və Avropa səmasında uçuşlar həyata keçirərək təhlükəsizlik qaydalarını pozması haqqında xəbərlər yayılırdı.
Latviya Müdafiə Nazirliyinin məlumatına görə, Su-27 qqırıcısı Baltik dənizi üzərində, Latviya ərazisində tutulub.
Qeyd edək ki, noyabrın 16-da NATO baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya hərbi təyyarələri Avropanın sərnişin laynerləri üçün təhlükə yaradır.
Bu gün İsveç mətbuatında Rusiya hərbi təyyarəsinin İsveçin hava boşluğunda aşkar edildiyini yazıb. İsveç hökuməti bu xəbərləri təkzib edərək, təyyarənin Fransa Hərbi Hava Qüvvələrlərinə aid olduğunu bildirib.
Mənbə:> ANSPRESS