NATO həyəcan təbili çaldı
Rusiya qoşunları Ukraynaya girib.
ANS PRESS-in məlumatına görə, NATO Avropa Müttəfiq Qüvvələri Komandanı Filip Bridlav rus hərbi dəstələrinin Ukrayna sərhədlərini keçdiyi söyləyib.
Onun sözlərinə görə, son iki gündür ki, Ukraynanın şərqində Rusiya ordusuna aid hərbi birliklər, tanklar, toplar və müdafiə sistemlərində hərəkətlilik müşahidə olunur.
Rusiya qoşunların sayı barədə dəqiq məlumatlara malik olmadığını deyən NATO generalı Rusiya ordusunun hərəkətliliyində sıxlıq müşahidə olunduğunu bildirib:
"Ukrayna ilə Rusya arasındakı sərhədlərin tamamilə açıq olması bizi narahat edir".
Rusiya Müdafiə Nazirliyi isə NATO komandanın bu dediklərini əsassız sayıb. Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenko verdiyi açıqlamasında bildirib ki, onun fikirlərinə Avropoda inam azaldıqca general Bridlavın Rusiya əleyhinə bəyanatlarının dozası artır.
Mənbə:> ANSPRESS