Putin Avropanı qorxuya saldı
Rusiya Krım yarımadasında nüvə silahlarını yerləşdirə bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə NATO-nun Avropadakı hərbi birləşmələrinin Ali baş komandanı general Filip Bridlav açıqlama verib.
O, bildirib ki, Rusiya artıq Krıma nüvə başlıqlarını daşıyan silahları yerləşdirməyə başlayıb.
Bridlavın sözlərinə görə, bu, Rusiyanın Krım yarımadasına nüvə silahlarını yerləşdirməyə başlamasına işarədir.
General onu da bildirib ki, Rusiy hələ də Ukraynanın şərq vilayətlərinə hərbi texnikanı yeritməyə davam edir.
NATO-nun narahat olduğunu deyən Bridlav Ukraynanın Şərqində atəşin dayandırılmasının yalnız sözdə olduğunu və regionda zorakılığın səviyyəsinin hər gün artdığını bildirib.
Mənbə:> ANSPRESS