Putinin Ukrayna planı ifşa oldu
Ukraynanın şərqində separatçılar genişmiqyaslı təxribatlara hazırlaşırlar.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümyəndəsi Aleksandr Lısenko açıqlama verib.
Onun sözlərinə görə, separatçıların təxribat törətməsi Rusiya sülhməramlılarının Ukraynanın şərqinə daxil olması üçün hazırlıq məqsədi daşıyır.
"Hazırda ölkənin şərqində vəziyyət yenə qarışıb. Separatçılar terror aktları törədə, silahlı hücumlar həyata keçirə bilər. Bütün bunların baş verməsində Ukrayna ordusu günahlandırılacaq və Rusiya sülhməramlılarının Donbasa girməsi üçün şərait yaradılacaq. Bizdə olan məlumata görə, belə bir plan hazırlanıb", deyə Lısenko bildirib.
Lısenko onu da bildirib ki, son günlər Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin qoşunları və hərbi texnikasının sayı artırılıb.
Mənbə:> ANSPRESS