Rusiya hərbi gəmisi Azərbaycan vətəndaşlarını Yəməndən çıxardı » AzNews.info -Xəbər portalı

Rusiya hərbi gəmisi Azərbaycan vətəndaşlarını Yəməndən çıxardı

Rusiya hərbi gəmisi Azərbaycan vətəndaşlarını Yəməndən çıxardı


Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Priazovye” kəşfiyyat gəmisi Yəməndə üsyançılara (husilər) qarşı xüsusi əməliyyatın aparıldığı zonadan 19 ölkənin 308 vətəndaşını təxliyə edib.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Adenin döyüş zonasından təxliyə edilən şəxslər 19 ölkənin vətəndaşıdır. Onlardan 45-i Rusiya, 18-i ABŞ, 5-i Böyük Britaniya, 1-i Bolqarıstan, 6-sı Estoniya, 14-ü Ukrayna, 9-u Belarus, 3-ü Türkmənistan, 8-i Özbəkistan, 5-i Azərbaycan, 1-i Bəhreyn, 5-i Cibuti, 159-u Yəmən, 1-i Somali, 3-ü Fələstin, 13-ü İordaniya, 9-u Kuba, 2-i Misir, 1-i Səudiyyə Ərəbistanı vətəndaşıdır”, deyə Konaşenkov bildirib.

Onun sözlərinə görə, təxliyə edilən vətəndaşlar səhər saatlarında Cibutiyə çatdırılacaqlar.

Qeyd edək ki, ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri ötən gün Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib.

Məlumata görə, təyyarələr Misirin paytaxtı Qahirəyə dönməyə məcbur olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *