5 azərbaycanlı təxliyyə oldu
Rusiya Hərbi Dəniz flotunun “Priazove” gəmisi Yəməndə ərəblərin husilər qarşı xüsusi əməliyyatıların aparıldığı zonadan 308 vətəndaşı təxliyə edib.
ANS PRESS-in məlumatına görə, bu barədə bazar günü Rusiya Müdafi\ə nazirliyi rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.
“Ədəndəki döyüş zonasından 19 ölkənin vətənadaşı olan 308 nəfər təxliyyə edilib. Onlardan 45-i Rusiya, 18-i ABŞ, 5-i Birləşmiş Krallıq, biri Bolqarıstan, 6-sı Estoniya, 14-ü Ukrayna, 9-u Belarus, 3-ü Türkmənistan, 8-i Özbəkistan, 5-I Azərbaycan, biri Bəhreyn, 5-I Cibuti, 159-u Yəmən, biri Somali, 3-ü Fələstin, 13-ü İordaniya, 9-u Kuba, 2-si Misir və biri SƏudiyyə Ərəbistanı vətəndaşıdır”, – deyə Konaşenkov bildirib.
Onun sözlərinə görə, bütün təxliyyə edilmiş vətəndaşlar Rusiyaya məxsus gəminin içində təhlükəsiz vəziyyətdədir və onlar səhər saatlarında Cibutiyə çatdırılacaqlar.
Mənbə:> ANSPRESS