Azərbaycanda SOS siqnalı
Azərbaycanın ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya Federasiyasının bayrağı altında üzən, İran İslam Respublikasına məxsus “Amur 2504” gəmisi yanacağının bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşdığından Həyəcan (SOS) siqnalı verib.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən qəbul edilmiş "Həyəcan" (SOS) siqnalı əsasında həmin dəniz ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və adıçəkilən gəminin yanacaqla təmin olunması məqsədilə operativ tədbirlər həyata keçirilərək qeyd olunan gəminin təhlükəsiz hərəkəti bərpa edilib.
“Amur 2504” gəmisi bu gün yerli vaxtla saat 11:30-da Ənzəli Limanı istiqamətində səfərinə davam edib.
Mənbə:> ANSPRESS