Prezident terminalın açılışında
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.
Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxıb.
Prezident mərasimdə çıxış edib.
Sonra nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış ediblər.
Daha sonra dövlətimizin başçısı terminalı işə salıb.
Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxıb.
Mənbə:> ANSPRESS