İlham Əliyev yeni baş nazirə zəng etdi
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğluna zəng edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı İlham Əliyev və Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Mənbə:> Qafqazinfo.Az