Azərbaycan Qara dənizdəki gəmilərinin sayını artırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan Qara dənizdəki gəmilərinin sayını artırdı

Azərbaycan Qara dənizdəki gəmilərinin sayını artırdı


Avqustun 19-da “Teymur Əhmədov” quru yük gəmisi Bakıdan xarici sulara yola salınıb.

Bu barədə Oxu.Az-a ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.

3000 ton yükgötürmə qabiliyyətinə malik “Teymur Əhmədov” gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz-Aralıq dənizi hövzəsində üzən gəmilərimizin sayı 4-ə çatacaq, deyə, QSC-dən bildiriblər.

Xatırladaq ki, bir neçə gün öncə, avqustun 14-də eyni tipli “Qaradağ” gəmisi Aralıq dənizinə yola düşmüşdü.

Ötən ilin sonunda ilk səfərləri ilə donanmamızın xarici sulara qayıdışını təmin edən “Üzeyir Hacıbəyli” və Natəvan” gəmiləri də hazırda həmin hövzədə quru yüklər daşıyır.

Beləliklə, Gəmiçiliyimiz beynəlxalq sularda fəaliyyətini genişləndirmək istiqamətində ardıcıl addımlar atmaqdadır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *