Qara dənizdə Rusiya-ABŞ "savaşı"
Qara dənizdə Rusiya ilə ABŞ yenidən toqquşub.
ANS PRESS-in məlumatına görə, Rusiyanın Su-24 hücüm təyyarələri Qara dənizin şərq hissəsində ABŞ-ın raket esminesi “Ross”u neytral sulara qovub.
Belə ki, "Ross" raket esminesi Rusiya sularına yaxınlaşıb. RİA Novosti agentliyi Krım hərbçilərinə istinadən bildirir ki, ABŞ hərbçiləri özlərini təcavüzkar kimi aparıblar. Nəticədə Rusiya təyyarələri havaya qaldırılıb və "Ross" raket esminesi Rusiya sularından qovulub. Amerika hərbçilərinin qorxduğu bildirilir.
Mənbənin sözlərinə görə, bir müddət öncə Su-24 təyyarəsi amerikalıların ən yeni texnikaya malik “Donald Cook” elementləri ilə təhciz edilmiş təyyarəsinin bütün aparaturasını söndürüb.
"Qara dəniz flotu Rusiya Federasiyasının ərazi sularını fasiləsiz olaraq izləyir və istənilən sərhəd pozuntularının qarşısını sərt şəkildə almağa hazırdır", - deyə mənbə bildirib.
Mənbə:> ANSPRESS