Putinin qərarına sərt reaksiya
ABŞ Rusiyanın S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldırmasına münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest açıqlama verib.
O bildirib ki, ABŞ Rusiyanın bu qərarına qarşı çıxır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb.
“Fərman S-300 zenit-raket sistemlərinin Rusiya ərazisindən tranzit daşınması, o cümlədən hava nəqliyyatı ilə daşınması, Rusiya ərazisindən İrana aparılması, həmçinin Rusiya dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiyanın sərhədlərindən kənarda İrana verilməsinə qadağanı aradan qaldırır" – Kremlin məlumatında belə deyilir.
Rusiya 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının sanksiyaları çərçivəsində S-300 zenit-raket sistemini İrana satmaqdan imtina etmişdi.
Mənbə:> ANSPRESS