Putindən tarixi qərar
Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Fərman S-300 zenit-raket sistemlərinin Rusiya Federasiyası ərazisindən tranzit daşınması (o cümlədən hava nəqliyyatı ilə), Rusiya Federasiyasının ərazisindən İran İslam Respublikasına aparılması, həmçinin Rusiya Federasiyasının Dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiya Federasiyasının sərhədlərindən kənarda İran İslam Respublikasına verilməsinə qadağanı aradan qaldırır”, - deyə, sənədə əlavə olunmuş arayışda bildirilir.
Qeyd edək ki, Rusiya 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının sanksiyaları çərçivəsində S-300 zenit-raket sistemini İrana satmaqdan imtina etmişdi.
Mənbə:> Oxu.Az